Bu  qatılaşdırılmış   süd  çox zərərlidir
15 aprel 2025 12:44 (UTC +04:00)

Bu qatılaşdırılmış süd çox zərərlidir

Qatılaşdırılmış süd göründüyü qədər təhlükəsiz olmaya bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər supermarketlərdə kütləvi şəkildə satılan qatılaşdırılmış südü təhlil ediblər və standartlara cavab verməyən, sağlamlıq üçün təhlükə yaradan məhsullar aşkar ediblər.

Hansı qatılaşdırılmış südü almamaq lazımdır?

Söhbət tərkibində bitki yağları, süni dadlandırıcılar, stabilizatorlar və həddindən artıq miqdarda şəkər olan qatılaşdırılmış süd məhsullarından gedir. Mütəxəssislərin sözlərinə görə, bəzi nümunələr ümumiyyətlə ənənəvi reseptlə heç bir əlaqəsi olmayan məhsullardır.

Ənənəvi resept sadəcə süd və şəkərdən ibarət olmalıdır. Xüsusilə diqqət edilməlidir ki, məhsulun etiketində aydın şəkildə “şəkərli qatılaşdırılmış süd” yazılmalıdır. Əgər “qatılaşdırılmış süd tərkibli məhsul” və ya bənzəri ifadələr yer alırsa, bu o deməkdir ki, tərkibində palm yağı, rəngləndiricilər və qalınlaşdırıcılar ola bilər. Belə məhsulların istehsalı ucuz başa gəlir, lakin keyfiyyət baxımından çox aşağıdır.

Pis nümunə: “Moloçnıy Dom” markası

Analitiklərin fikrincə, ən pis nümunələrdən biri “Молочный дом” markalı qatılaşdırılmış süd olub. Bu məhsul təhlükəsizlik, təbilik və dövlət standartlarına uyğunluq baxımından ən aşağı bal toplayıb. Tərkibində süddən kənar yağlar, emulqatorlar və trans yağların izləri aşkar edilib. Bu maddələr mədə-bağırsaq problemləri, allergik reaksiyalar və ürək-damar xəstəlikləri kimi fəsadlara səbəb ola bilər – xüsusilə müntəzəm istifadə edildikdə.

“Çoxları qatılaşdırılmış südü uşaq vaxtından bəri tanıdıqları təhlükəsiz bir şirniyyat kimi görür. Amma reallıq fərqlidir: bu gün ‘qatılaşdırılmış süd’ adı altında satılan bir çox məhsulun əsl süd və şəkərlə heç bir əlaqəsi yoxdur. Ən pisi isə odur ki, istehsalçılar maya dəyərini azaltmaq üçün südü ucuz bitki yağları ilə əvəz edirlər”.

Sağlam qatılaşdırılmış süd necə seçilməlidir?

Mütəxəssislər aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edirlər:

Etiketdə yalnız 2 maddə olmalıdır: süd və şəkər

Üzərində DСТУ 4274:2003 standartına uyğunluq göstərilməlidir

Çox ucuz məhsullardan uzaq durun – keyfiyyətli qatılaşdırılmış süd ucuz ola bilməz

Xüsusilə uşaqlar, allergiyası olan şəxslər və mədə-bağırsaq xəstəlikləri yaşayanlar üçün bu cür zərərli məhsullar əsl təhlükə yarada bilər. Alış-veriş zamanı diqqətli olmaq sağlamlığınız üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1613

Oxşar yazılar

Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

1 may 2025 , 16:54
Azərbaycanda xalça yuyanla  ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

Azərbaycanda xalça yuyanla ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

1 may 2025 , 16:04
Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15