Bu rayonda 10 min ev  qazsız qalacaq
02 aprel 2026 16:36 (UTC +04:00)

Bu rayonda 10 min ev qazsız qalacaq

0

Ağcabədi şəhərində aprelin 3-ü saat 10:00-dan 9 584 abonent qaz təchizatı daxildən dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat verib.

Bildirilib ki, buna səbəb Ağcabədi qazpaylayıcı stansiyasında qidalanan daşıyıcı qaz kəməri üzərində qaz tənzimləyici şkafın quraşdırılması və Xəyal Həsən oğlu Həsənova məxsus obyektin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsidir.

Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar