Bu rayonda 6500 ev işıqsız qalacaq
21 may 2026 09:33 (UTC +04:00)

Bu rayonda 6500 ev işıqsız qalacaq

0

Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.

Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, saat 10:00-dan 13:00-dək ümumilikdə 6 500 abonent işıqsız qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar