Bu rayonlara dayanmadan yağış yağıb - FAKTİKİ HAVA
06 dekabr 2023 09:39 (UTC +04:00)

Bu rayonlara dayanmadan yağış yağıb - FAKTİKİ HAVA

Dekabrın 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi gecə saatlarından 8-13 m/s-dək zəifləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

# 7977
avatar

Oxşar yazılar