Bu restoranda 17 ildir iftar menyusu pulsuzdur - VİDEO
11 mart 2025 14:19 (UTC +04:00)

Bu restoranda 17 ildir iftar menyusu pulsuzdur - VİDEO

Afyonkarahisarda 17 ildir hər Ramazan ayında xeyriyyəçi insanların dəstəyi ilə pulsuz iftar verən restoran gündə 300 nəfərə xidmət göstərir. Üç çeşid yeməkdən ibarət olan iftar menyusuna həmçinin desert və içkilər də daxildir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Afyonkarahisarın köklü restoranlarından biri olan bu məkan, xeyriyyəçi vətəndaşların dəstəyi ilə hər il birlik, paylaşma və yardımlaşmanın ən gözəl nümunələrindən birini nümayiş etdirir.

17 ildir fasiləsiz davam edən ənənə

Artıq ənənə halına gələn bu tətbiq 17 ildir fasiləsiz olaraq bu restoranda həyata keçirilir. Bu çərçivədə restoran təxminən 150 nəfərə iftar menyusu təqdim edir. Fiziki imkanlar çərçivəsində əlavə masa və stullar qurularaq daha çox insana xidmət göstərmək üçün şərait yaradılır.

Pulsuz iftar menyusuna daxildir:

3 çeşid yemək

Desert

İftariyelik və içkilər

Xeyriyyəçilərin dəstəyi ilə hər il daha çox insana pulsuz iftar yeməyi təqdim edilir. Restoranda hazırlanan yeməklərin bir qismi də paketlənərək ehtiyacı olan insanlara paylanır.

Gündə 300 nəfərə iftar yeməyi verilir

Restoranın sahibi Mehmet Arpacıoğlu16 ildir davam edən pulsuz iftar yeməyi ənənəsini bu il də davam etdirdiklərini bildirib. Arpacıoğlu bildirib ki, Afyonkarahisarda verilən iftar yeməyi artıq bir ənənəyə çevrilib.

Xeyriyyəçi vətəndaşların dəstəyi ilə hər il daha çox insana xidmət göstərilir. Hazırda 300 nəfərə iftar süfrəsi açılır – 150 nəfər restoranda, 150 nəfərə isə paket şəklində paylanır. Bəzi günlərdə bu rəqəm 800 nəfərə qədər yüksəlir. Menyular hər gün dəyişir, həftədə bir neçə dəfə isə ətli pide təqdim edilir.

Arpacıoğlu əlavə edib

"İlk başladığımızda bu qədər böyük deyildi, amma indi ənənə halını aldı. Xeyriyyəçi insanlardan Allah razı olsun. İnşallah, gələcək illərdə də bu ənənəni davam etdirəcəyik."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15694

Oxşar yazılar

Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59
Bakıda hava qaralanda  bu avtobuslar  yoxa çıxır...  -  YENİLƏNİB

Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB

2 may 2025 , 19:27
Bu rayonlarda  şimşək çaxır,   yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

2 may 2025 , 18:16