Bu tarixdən məktəblərdə tətil  BAŞLAYIR
24 yanvar 2026 11:11 (UTC +04:00)

Bu tarixdən məktəblərdə tətil BAŞLAYIR

0

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

Bu barədə Lent.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar