Bu gün Bakıdan Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçan “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.
Həmin faciənin unudulmaz simalardan biri də qəzada həyatını itirən Milli Qəhrəman pilot Aleksandr Kalyaninovdur.
Milli Qəhrəmanın anası Yelena Kalyaninova oğlu barədə danışıb.