Çimərlik mövsümündə XİLASEDİCİ İŞLƏMƏK İSTƏYƏNLƏRİN  nəzərinə
14 may 2022 14:07 (UTC +04:00)

Çimərlik mövsümündə XİLASEDİCİ İŞLƏMƏK İSTƏYƏNLƏRİN nəzərinə

Fövqəladə Hallar Nazirliyi matros-xilasedici üzrə vakansiya elan edir.

Lent.az xəbər verir ki, çimərlik mövsümü ərzində FHN-də müqavilə əsasında işləmək imkanı yaradılıb.

Vakansiyaya müraciət etmək istəyənlər 18-40 yaş arasında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmətdə olmalıdırlar.

Uyğun olan şəxslər aşağıdakı sənədləri toplayaraq qeyd olunan ünvana təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;
- Əmək kitabçası (olanlar üçün);
- Tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;
- Sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);
- 3×4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Namizədlər 16 may 2022-ci il tarixindən etibarən iş günləri, saat 10:00-17:00 arası Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə sənədlərlə birgə yaxınlaşa bilərlər.
Əlaqə nömrələri: (012) 512 17 26, (012) 512 17 35.
 

# 3675
avatar

Oxşar yazılar