Çiskin, külək, şaxta   - Sabahın HAVASI
29 fevral 2024 12:40 (UTC +04:00)

Çiskin, külək, şaxta - Sabahın HAVASI

Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq.

Atmosfer təzyiqi 774 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq.Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

# 17898
avatar

Oxşar yazılar