COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv olundu
08 yanvar 2026 09:22 (UTC +04:00)

COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv olundu

0

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli 1167/ü nömrəli Əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib.

Lent.az xəbər verir ki, bununla bağlı ləğvetmə komissiyası yaradılıb.

Ləğv olunmuş COP29 Azərbaycan Əməliyyat Şirkətinin kreditor borcları ilə əlaqədar iddialar 2 ay müddətində ləğvetmə komissiyasına təqdim edilməlidir.

Göstərilən müddətdən sonra iddialara baxılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1683

Oxşar yazılar