Daha bir azyaşlını ərə vermək istədilər - Polis toyu dayandırdı
11 iyun 2022 09:34 (UTC +04:00)

Daha bir azyaşlını ərə vermək istədilər - Polis toyu dayandırdı

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb.

Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

# 3528
avatar

Aytəkin Cəlali

Oxşar yazılar