Daha iki marşrutun avtobusları  yenilənir
03 avqust 2026 16:33 (UTC +04:00)

Daha iki marşrutun avtobusları yenilənir

0

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 saylı və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A saylı marşrutlarda istismar olunan avtobuslar yenilənir.

AYNA-dan Lent.az-a bildirilib ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Hər iki marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 60 qəpik müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar