DİQQƏT:  Bakıda 20 marşrut xəttinin istiqaməti dəyişdirilir
25 fevral 2022 12:22 (UTC +04:00)

DİQQƏT: Bakıda 20 marşrut xəttinin istiqaməti dəyişdirilir

Xəbər verildiyi kimi, Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1) əhatə edir. Bu marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. 

Dəyişiklik fevralın 26-ı səhər saat 7:00-dan başlayaraq məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

# 2049
avatar

Oxşar yazılar