Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə (SİMDNX) yeni rəis müavini təyin edilib.
Lent.az xəbər verir ki, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, Əliağa Əzizov rəis müavini vəzifəsinə təyin olunub.
Ə. Əzizov 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb.