Dumana görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi  endirildi
08 yanvar 2026 19:30 (UTC +04:00)

Dumana görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

0

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Lent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı intellektual idarəetmə mərkəzi məlumat yayıb.

Bununla bağlı mərkəzin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1560

Oxşar yazılar