Dünən işdən çıxarılan  icra başçısı təhsil naziri  təyin edildi
25 sentyabr 2026 15:32 (UTC +04:00)

Dünən işdən çıxarılan icra başçısı təhsil naziri təyin edildi

0

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.

Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar