Dünya ən isti yayı yaşadı, dəhşətli XƏBƏRDARLIQ:  “Daha dağıdıcı nəticələri  olacaq”
06 sentyabr 2024 19:47 (UTC +04:00)

Dünya ən isti yayı yaşadı, dəhşətli XƏBƏRDARLIQ: “Daha dağıdıcı nəticələri olacaq”

Copernicus peyk izləmə sisteminin açıqladığı məlumatlara görə, Yer kürəsi 2024-cü ildə ən isti yayı yaşayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Copernicus İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burqess deyib: "İstixana qazlarının emissiyalarını azaltmaq üçün təcili tədbirlər görməsək, bu yay şahidi olduğumuz istiliklə bağlı ekstremal hadisələr insanlar və planet üçün daha dağıdıcı nəticələrə səbəb olacaq".

Avropa Birliyinin (AB) Copernicus peyk izləmə sistemi 2024-cü ilin yayının dünyada "ən isti yay" olaraq qeydə alındığını açıqlayıb.
Copernicusdan verilən açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu olub.

2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb.

Beləliklə, bu yay qlobal miqyasda “ən isti yay” kimi xarakterizə edilib.

2024-cü il həm də 1991-2020-ci illərin orta göstəricisini 1,54 dərəcə, 2022-ci ildəki əvvəlki rekordu isə 1,34 dərəcə üstələyərək Avropa üçün "ən isti yay" olub.

Avropa və digər bölgələr

Bu yay Avropada temperatur cənub və şərqdə orta səviyyədən yuxarı, lakin İrlandiya və İngiltərənin şimal-qərbində, İslandiyada, Portuqaliyanın qərb sahilində və Norveçin cənubunda orta səviyyədən aşağı olub.

Avropadan kənarda Antarktidanın şərqində, Texasda, Meksikada, Kanadada, Afrikanın şimal-şərqində, İranda, Çində, Yaponiyada və Avstraliyada temperatur orta səviyyədən yuxarı qeydə alınıb.

Rusiyanın şərqində və Alyaskada, ABŞ-ın şərqində, Cənubi Amerikanın cənubunda, Pakistanda və Sahel bölgəsində temperatur orta səviyyədən aşağı qeydə alınıb.

2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.

“Bu daha dağıdıcı nəticələr verəcək”

Hesabatda Copernicus İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samanta Burqessin aşağıdakı ifadələri yer alır:

"Son üç ayda dünyada ən isti iyun və avqust, rekord tarixlərin ən isti günü və ən isti yayı yaşanıb. Bu rekord temperatur silsiləsi 2024-cü ilin ən isti il olacağı ehtimalını artırır. Bu yay istixana qazlarının tullantılarını azaltmaq üçün təcili tədbirlər görməsək, şahid olduğumuz istiliklə bağlı ekstremal hadisələrin insanlar və planet üçün daha dağıdıcı nəticələri olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Oxşar yazılar