İqlimşünaslar ən güclü El-Nino hadisələrindən birinin yenidən qayıda biləcəyini proqnozlaşdırırlar. Son müşahidələr bunu 1877–1878-ci illərdə baş vermiş və qlobal quraqlıqlar ilə aclıq nəticəsində 50 milyondan çox insanın ölümünə səbəb olmuş fəlakətin ilkin əlamətləri ilə müqayisə edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, El-Nino Sakit okeanın mərkəzi və şərq hissəsində suların istiləşməsi ilə xarakterizə olunan hadisədir və bu, bütün dünyada hava şəraitinə təsir göstərir. Tədqiqatçıların qiymətləndirməsinə görə, 1877–1878-ci illərdə baş vermiş super El-Nino Hindistan, Çin, Braziliya və digər ölkələrdə qlobal aclığa səbəb olub. Həmin dövrdə quraqlıqlar illərlə davam edib, məhsulları məhv edib və kütləvi aclıq yaradıb.
Bununla belə, qlobal istiləşmə səbəbindən nəticələr daha da ekstremal ola bilər.
Ekspertlər xəbərdarlıq edirlər ki, yeni super El-Nino dünyanın bir çox bölgəsində ərzaq və su təhlükəsizliyinə ciddi zərbə vura bilər.