Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən yaşlı insanı kimi tanınan Mariya Branyas 117 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, 2023-cü ilin yanvar ayında dünyanın ən yaşlı insanı olaraq qeydə alınan 117 yaşlı Mariya Branyas vəfat edib.
Branyasın ailəsi "X" hesabında paylaşdıqları yazıda 117 yaşlı qadının İspaniyanın Olot şəhərində öldüyünü açıqlayıblar.
Ailəsinin paylaşımında "Mariya Branyas dünyasını dəyişdi. O, istədiyi kimi rahat və yuxusunda ağrısız öldü" deyə bildirilir.
4 mart 1907-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olan Branyas 2023-cü ilin yanvarında 118 yaşında fransalı Lucile Randon dünyasını dəyişdikdən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.
Sosial mediada ad günləri və mətbuata verdiyi açıqlamalarla həyatını ictimaiyyət qarşısında yaşayan Mariya iki dünya müharibəsi və bir pandemiya yaşayıb.
Branyasın ölümündən sonra 116 yaşlı yaponiyalı Tomiko İtuoka dünyanın ən yaşlı insanıdır.