Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA
28 aprel 2026 10:57 (UTC +04:00)

Əksər rayonlara yağış yağır - FAKTİKİ HAVA

0

Aprelin 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.

Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar