Əlavə işıqpulu  ödəyəcəksiniz - burada elektrik yuvası  quraşdırmayın
05 mart 2026 14:42 (UTC +04:00)

Əlavə işıqpulu ödəyəcəksiniz - burada elektrik yuvası quraşdırmayın

0

Əksər insanlar elektrik enerjisinə qənaət etmək üçün ənənəvi üsullara üstünlük verirlər, LED lampalar alır, istifadə olunmayan cihazları şəbəkədən ayırır, sərfiyyata nəzarət edirlər. Lakin çox vaxt əsas məqamlardan biri diqqətdən kənarda qalır, elektrik yuvalarının düzgün planlaşdırılması. Halbuki məhz elektrik yuvalarının yerləşdirilməsi hər gün nə qədər enerjinin faydasız sərf olunduğuna birbaşa təsir göstərir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, planlaşdırma mərhələsində edilən səhvlər il ərzində yüzlərlə artıq kilovat-saat itkisinə səbəb ola bilər.

Üstəlik, bu problemlərin əksəriyyətini təmir zamanı əvvəlcədən nəzərə almaq mümkündür. Ən geniş yayılmış problemlərdən biri rozetkaların məişət texnikasından uzaqda quraşdırılmasıdır. Nəticədə uzadıcı kabellər və əlavə qoşulmalar meydana çıxır.

Uzun naqillər şəbəkədə əlavə müqavimət yaradır ki, bu da enerji itkisinin artmasına və xəttə düşən yükün çoxalmasına səbəb olur. Elektrik cərəyanının keçdiyi yol nə qədər mürəkkəbdirsə, xərclər də bir o qədər artır.

Digər tipik səhv isə "rozetkalar"ın şkaf, divan və ya digər mebellərin arxasında gizlədilməsidir. Onlara çatmaq çətin olduqda cihazlar daim şəbəkəyə qoşulu qalır. Adapterlər, enerji blokları və televizorlar “gözləmə rejimi”nə keçir və sutka boyu səssiz şəkildə elektrik sərf etməyə davam edir.

Üçüncü problem iş zonalarında "rozetkalar"ın kifayət qədər olmamasıdır. Mətbəxdə, yazı masasının yaxınlığında və ya televizor altlığının ətrafında cihazlar uzaq nöqtələrə qoşulur və nəticədə naqillərdən ibarət dolaşıq mənzərə yaranır. Bu isə yalnız narahatlıq yaratmır, həm də təhlükəlidir: naqillər daha tez sıradan çıxır, şəbəkə isə artıq yüklənmə ilə işləyir.

Ekspertlər tövsiyə edirlər ki, rozetkalar texnikanın daimi istifadə olunduğu yerlərdə və rahat əlçatan hündürlükdə yerləşdirilsin. Mətbəxdə, iş masasının üst hissəsində, uzadıcıya ehtiyac qalmaması üçün.

Yataq otağında çarpayının yanında, çoxsaylı adapterlərin bir nöqtədə toplanmasının qarşısını almaq məqsədilə. Hamam otağında isə su mənbələrindən təhlükəsiz məsafədə və müvafiq qoruyucu sistemlərlə quraşdırılmalıdır, çünki burada əsas prioritet təhlükəsizlikdir.

Qənaət sadəlikdən başlayır. Artıq qoşulmalar nə qədər azdırsa, enerji itkisi də bir o qədər aşağı olur. Şəbəkə düzgün layihələndirildikdə yük bərabər paylanır, texnika daha uzunömürlü olur və elektrik ödənişləri əlavə çətinlik və qurbanlar olmadan tədricən azalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar