Ən çox görülən 7 yuxu:  Onlara laqeyd yanaşmayın
09 sentyabr 2025 20:15 (UTC +04:00)

Ən çox görülən 7 yuxu: Onlara laqeyd yanaşmayın

0

Yuxular bəzən absurd və məntiqsiz görünür, lakin müəyyən süjetlər çox təkrarlanır və insan psixikasında ciddi proseslərə işarə edə bilər.

Psixoloqlar hesab edirlər ki, şüuraltı təsadüfi obrazlar yaratmır, insanla simvollar vasitəsilə “danışır”.

Lent.az xarici mediaya istinadən insanların ən çox gördüyü 7 yuxunu şərh edir.

1. Yüksəklikdən yıxılmaq

Çox vaxt stress, yorğunluq və ya həyat üzərində nəzarəti itirmə qorxusu zamanı görünür. Damdan, təyyarədən və ya pilləkəndən yıxılmaq həyatdakı qeyri-sabitliyi simvollaşdırır.

Mənası: daxili narahatlıq, işdə, münasibətlərdə və ya gələcəkdə “dayaqsızlıq” hissi.

2. Dişlərin tökülməsi

Dişlərin sınması və ya düşməsi panika, utanc və gücsüzlük hissi ilə müşayiət olunur.

Mənası: qocalmaq və cazibədarlığı itirmək qorxusu, emosional həssaslıq, nüfuzun və ya gücün azalması. Qədim inanclara görə, belə yuxular ailədə ağır hadisələrin əlaməti sayılırdı.

3. Təqib olunmaq

Sizi kiminsə qovması, amma qaça bilməmək çox geniş yayılmış süjetdir.

Mənası: insan real həyatda üzləşmək istəmədiyi problem və ya emosiyadan qaçır. Çox vaxt konfliktlərdən yayınanlar belə yuxular görür.

4. Çılpaq olmaq

İctimai yerdə, işdə, məktəbdə və ya küçədə geyimsiz olmaq və özünü müdafiəsiz hiss etmək.

Mənası: ifşa qorxusu, güvənsizlik, reputasiya ilə bağlı narahatlıq. Bu yuxunu çox vaxt özünü cəmiyyət qarşısında zəif hiss edənlər görür.

5. Yanğın, partlayış və ya daşqın

Katastrofik obrazlar şüuraltının dərin narahatlığını göstərir. Yanğın qəzəb və ya qısqanclıq, daşqın emosional yüklənmə, partlayış isə yaxınlaşan emosional dağılmanı simvollaşdırır.

Mənası: emosional gərginlik, nəzarətdən çıxmış hisslər, qəfil dəyişikliklər.

6. Çıxış tapa bilməmək

Labirint, bağlı otaq və ya işləməyən lift kimi yuxular insanın həyatında çıxış yolunu görmədiyi vəziyyətləri əks etdirir.

Mənası: dalana dirənmiş münasibətlər, iş və ya daxili dilemma. Bu, yeni seçim və yanaşma zərurətinə işarədir.

7. Gecikmək, nəqliyyatı qaçırmaq

Təyyarə, avtobus və ya qatarı qaçırmaq, çatmamağa çalışmaq.

Mənası: həyatda fürsətləri qaçırmaq qorxusu, vaxtında nailiyyət əldə edə bilməmək hissi. Çox vaxt məqsədlərinə gecikdiyini düşünən insanlar belə yuxular görür.

Alimlər bildirirlər ki, bu yuxular beynin gündəlik həyatda yarımçıq qalmış emosional vəziyyətlərə reaksiyasıdır. Onları izləmək və təhlil etmək insanın daxili narahatlıqlarını daha yaxşı anlamağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar