Ər-arvad falçı sayəsində 2 milyon dollar daha varlandı
26 iyul 2026 15:16 (UTC +04:00)

Ər-arvad falçı sayəsində 2 milyon dollar daha varlandı

0

Malayziyanın Pinanq ştatından olan cütlük falçının məsləhəti sayəsində lotereyada 8,1 milyon rinqqit (təxminən 2 milyon dollar) udub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Eyr-İtam şəhərindən olan şanslı qaliblər, çinli bir falçının onlara oyun üçün həyatları ilə əlaqəli rəqəmlər seçməyi məsləhət gördüyünü söyləyiblər. Nəticədə, malayziyalılar şəxsiyyət vəsiqələrindəki rəqəmlərə mərc etmək qərarına gəliblər və tezliklə varlandıqlarını aşkar ediblər.

Kişi əvvəlcə uduşlarını yuxuda gördüyünü düşünüb tətbiqi yoxlamağa davam edib. O, əlavə edib ki, işdən çıxmağı planlaşdırmır.

Ailə uduşlarını borclarını ödəmək və böyük bir səyahətə çıxmaq üçün istifadə edəcək. O, həyat yoldaşının təqaüdə çıxacağına, özü isə mühasib kimi işləməyə davam edəcəyinə qərar vedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar