Ərdoğanın oğlu  Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2026 12:27 (UTC +04:00)

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi

0

Türkiyənin Prezidenti Rəcəb Tayyıb Ərdoğanın oğlu Bilal Ərdoğan 20 Yanvar Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanını ziyarət edib.

Lent.az APA-ya istinadla bildirir ki, Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, şəhidlərin məzarına gül dəstələri qoyub.

Qeyd edək ki, anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailələri, qazilər, ziyalılar, polis əməkdaşları, prokurorluq əməkdaşları, millət vəkilləri və şəhər ziyalılar iştirak ediblər.

QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana quran hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar