Evini  girov  qoyub, kredit   götürdü - Bank evi dəyərindən 100 min manat aşağı satışa qoyur
04 may 2026 14:14 (UTC +04:00)

Evini girov qoyub, kredit götürdü - Bank evi dəyərindən 100 min manat aşağı satışa qoyur

0

Bank olmayan kredit təşkilatları (BOKT) daha asan və çevik formada kredit götürmək üçün əlçatan hesab olunur. Bəzən daha yüksək məbləğ əldə etmək üçün girov qoyulur. Lakin problem elə ödəniş yubadıldıqda baş verir.

Lent.az-ın məlumatına görə bir nəfər vətəndaş evini BOKT-a girov qoyaraq, 30 min məbləğində kredit götürüb. Lakin o, ödənişi 3 ay yubatdığı üçün girov qoyulan ev vətəndaşdan alınaraq, kredit məbləğindən çıxılır.

Maraqlısı budur ki, evin faktiki dəyəri 170 min manat olsa da, təşkilat onu müqavilədə 70 min azn kimi hesablayaraq, qeyd edib. Göründüyü kimi ev satıldıqda, vətəndaşa cəmi 40 min manat çatacaq, əslində isə bu məbləğ 140 min civarında olmalı idi.

Bəs görəsən, bu halda girovda ola evi öz sahibi satıb, gecikdirdiyi krediti bağlaya bilərmi? Buna qanunla icazə verilir?

Vəkil Asim Abbasov Lent.az-a açıqlamasında bildirib ki, İpoteka haqqında qanunun 30.6-cı maddəsinə əsasən, evi satmaqla əldə edilən pul banka olan borcu ödəməyə tam kifayət edirsə, o zaman bankın icazəsi olmadan evi satmaq mümkündür:

Azərbaycanda xəyanət edənlərə bu cəza veriləcək - Vəkil AÇIQLADI -  Globalinfo.az

"İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən: İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

Həmin qanunun 30.6-cı maddəsinə əsasən: İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.

Mülki Məcəllənin 269.1‐ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar