Evsizlər soyuq havada harada qalırlar? - RƏSMİ CAVAB
06 fevral 2026 14:48 (UTC +04:00)

Evsizlər soyuq havada harada qalırlar? - RƏSMİ CAVAB

0

Soyuq aylarda, xüsusən hava xəbərdarlığı verilən günlərdə ağıla evsiz, küçədə yaşayan insanların vəziyyəti gəlir. Haradasa bir küncdə qısılıb yatan, oturacaqlarda gecələyən adamlarla bəzi küçələrdə rastlaşmaq olur.

Bəs görəsən, evsiz, küçədə yaşayan şəxslər sığınacaqlara yerləşdirilir? Bunun üçün haraya müraciət etmək lazımdır?

Soyuq havalarda, xüsusən hava xəbərdarlığı verilən günlərdə evsiz şəxslərin hansısa sığınacaqlara müvəqqəti yerləşdirilməsi həyata keçirilir? (Varsa əgər, bu il ərzində neçə nəfər evsiz, küçədə yaşayan şəxs sığınacağa yerləşdirilib?

Sosial Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir:

Çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər. Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır.Sakinlər 6 ay (180 gün) ərzində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-iqtisadi xidmətlərə cəlb olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Burada sakinlərin məşğulluqlarının təminatı istiqamətində işlər görülür və cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir”.

Qeyd olunub ki, son günlərdə müəssisəyə 2 yeni sakin qəbul edilib:

Hazırda isə müəssisənin müxtəlif şöbələrində ümumilikdə 76 nəfərə xidmət göstərilir. Onlardan 46-sı kişi, 30-u qadındır.

Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar