Fevralda belə hava görməmisiniz  - Sabahın PROQNOZU
16 fevral 2026 12:30 (UTC +04:00)

Fevralda belə hava görməmisiniz - Sabahın PROQNOZU

0

Fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi  yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunudan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar