Gədəbəyə dolu,  bəzi rayonlara güclü yağış  yağır - FAKTİKİ HAVA
06 iyun 2026 16:30 (UTC +04:00)

Gədəbəyə dolu, bəzi rayonlara güclü yağış yağır - FAKTİKİ HAVA

0

İyunun 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 6-sı saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar