Gələcəyin yeni ixtisasları  AÇIQLANDI
06 yanvar 2021 14:58 (UTC +04:00)

Gələcəyin yeni ixtisasları AÇIQLANDI

“Artıq süni intellektin gördüyü işləri  həyata keçirən fiziki işçilərə ehtiyac olmayacaq. Daha çox sadalanan ixtisaslara ehtiyac olacaq.”

Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Osman Gündüz əmək bazarında yeni bilik, bacarığa ehtiyac yarandığını, indiyə qədər mövcud olan bilik bacarıqlar rəqəmsal transfarmasiya prosesində lazım olmadığını qeyd edir:

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz

“ Dünyada olduğu kimi Azərbaycanda da bu qaçılmaz prosesdir. Artıq müxtəlif sahələrdə, bank sektorunda, dövlət idarə etməsində, rəqəmsal sahibkarlıqda, biznes sahəsində rəqəmsal transfarmasiya gedir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük data mərkəzlər yaradılıb. İri şirkətlərin artıq data mərkəzləri var. Bu onu göstərir ki, yaxın zamanlarda bizdə də yeni ixtisaslara ehtiyac yaranacaq. Xüsusən də, süni intellektlə bağlı, böyük məlumat bazaları ilə işləməyi bacaran mütəxəssislər, avtomatlaşma ilə bağlı müxtəlif sahələrdə çalışan işçilərə ehtiyac olacaq. Bunun fonunda bir sıra ixtisaslar var ki, onlar artıq zamanla istifadəsiz, gərəksiz olacaq.”

Azərbaycan İnternet Forumunun prezidenti məşhur ekspertlərin və alimlərin yaxın zamanda çoxlu sayda ixtisasların gərəksiz olacağını deyir: "Artıq süni intellektin gördüyü işləri  həyata keçirən fiziki işçilərə ehtiyac olmayacaq. Daha çox sadalanan ixtisaslara ehtiyac olacaq".

Bəs bu mütəxəssisləri kim hazırlamalıdır? Bizim ali təhsil müəssələri əmək bazarının tələbini ödəməyə nə dərəcədə hazırdı? Bizim təhsil sistemi gələcəkdə rəqəmsal transfarmasiyaya məruz qalacaq iş yerlərinə mütəxəssis hazırlaya biləcəkmi? İndiki halda təhsil sektorunda bu istiqamətdə hansə işlər görülməlidi? Universitetlər əmək bazarının tələblərinə uyğun olaraq ciddi islahatlar aparılırmı?

Bu suallarımıza təhsil üzrə ekspert Kamran Əsədov cavab verdi: O, pandemiya dövrü əmək bazarından yeni ixtisaslar tələb etdiyini qeyd edir:

Təhsil üzrə ekspert Kamran Əsədov

“Gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri Kompüter oyunu dizaynı ixtisasıdır. Dövrümüzdə oyun dizaynı tələbləri 2010-cu ildə 55.5 milyard dollar idisə, 2020-ci ildə bu rəqəm 92.4 milyard dollara çatdı. 

Enerji, su, qida və iqlim kimi ekoloji işlər sahəsindəki proqramlar gedərək geniş yayılır. Məsələn, University of Wisconsin-Madisondakı tələbələr artıq ya ekoloji araşdırmalar ya da ətraf elmləri sahələrində təhsil alır. Pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçiilməsi İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına zəruri tələbat yaradıb. ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Dickie Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir.”

 

# 2106
avatar

Nigar Adil

Oxşar yazılar