16 ailə  ölümündən sonra orqanlarını yaxınlarına bağışlayıb
06 noyabr 2026 12:19 (UTC +04:00)

16 ailə ölümündən sonra orqanlarını yaxınlarına bağışlayıb

0

2025-ci ilin fevral ayından bu günədək 16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib.

Bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.

O bildirib ki, həmin donorlar vasitəsilə 85 orqan köçürülüb. Onlardan dördü ürək transplantasiyasıdır.

Yeganə Abbasova qeyd edib ki, hazırda 1500 Azərbaycan vətəndaşı orqan transplantasiyası üzrə gözləmə siyahısındadır./ APA

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar