“Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsinin icrası başa çatıb
30 iyun 2026 08:22 (UTC +04:00)

“Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsinin icrası başa çatıb

0

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsinin icrası başa çatıb.

Lent.az-ın xəbərinə görə, layihənin məqsədi gənclərimizi qlobal iqlim dəyişikliklərinin su mənbələrinə təsiri barədə məlumatlandırmaq və maarifləndirmək olub. 

İki ay davam edəcək layihə çərçivəsində gənclər iqlim dəyişikliyinin su mənbələrinə təsiri barədə 17  araşdırma xarakterli yazı hazırlanaraq 16 media orqanında dərc edilib.
Layihənin uğurla həyata keçirilməsi nəticəsində gənclərin gənclərimizi qlobal iqlim dəyişikliklərinin su mənbələrinə təsiri barədə məlumatlılığı artıb. Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar