Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.
Lent.az xəbər verir ki, polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır. Mərhum Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub.