Güclü külək  Bakıda 10-a yaxın ağacı qırdı - FOTO
02 yanvar 2026 12:22 (UTC +04:00)

Güclü külək Bakıda 10-a yaxın ağacı qırdı - FOTO

0

Bakıda güclü külək fəsadsız ötüşməyib.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar