Güclü külək Qazaxda bir nəfərə xəsarət yetirdi
24 avqust 2021 00:28 (UTC +04:00)

Güclü külək Qazaxda bir nəfərə xəsarət yetirdi

0

Qazax sakini güclü külək nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində yerləşən parkda qeydə alınıb.

1957-ci il təvəllüdlü Axundov Emil Məhəmməd oğlu parkda istirahət edən zaman güclü külək əsib. Küləyin təsirindən qopan ağac budağı yaşlı kişinin üzərinə düşüb. Nəticədə 64 yaşlı kişi müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4092

Oxşar yazılar