Halsızlıq, bədəndə küt ağrı, qusma - Əhali arasında yayılan xəstəlik bu imiş
12 may 2026 12:35 (UTC +04:00)

Halsızlıq, bədəndə küt ağrı, qusma - Əhali arasında yayılan xəstəlik bu imiş

0

Son günlər əhali arasında ürəkbulanma, qusma və halsızlıq kimi əlamətlərlə müşahidə olunan xəstəlik yayılıb. Xüsusən mədə və bağırsaqlardan başlayan bu virus daha sonra bədəndə küt ağrılarla müşahidə olunur. Hantavirus təhlükəsi səbəbindən insanlar daha çox təşvişə düşüblər.

Bəs bu yayılan xəstəlik nədir? Onun hansısa təhlükəsi varmı? Necə sağalmaq mümkündür?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, bunlar, kəskin qastroenterit və ya xalq arasında “mədə-bağırsaq qripi” kimi tanınan virus mənşəli infeksiyaların əlamətləridir:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov:  Epidemiyanın alovlanma dövrlərində sadə qaydalara etinasızlığın nələrə  səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq

“Bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotavirus yayılır və bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır. Həmşinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilər. Bundan başqa, mədə-bağırsaq əlamətləri xüsusilə isti havalarda bakteriyaların (məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması nəticəsində bu qidaları qəbul etdikdə də baş verə bilər”.

İnfeksionist qeyd edib ki, infeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir:

“Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq lazımdır.  Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir. Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq viruslarına qarşı universal bir vaksin yoxdur. Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir. Virus mənşəli hallarda antibiotiklər effektiv deyil. Müalicə adətən simptomatikdir (qusma əleyhinə preparatlar, sorbentlər və itirilmiş mayenin bərpası).lakin dayanmadan davam edən şiddətli qusma,yüksək hərarət (38.5°C və yuxarı),nəcisdə qan və ya şiddətli qarın ağrısı,ciddi susuzlaşma əlamətləri (ağız quruluğu, sidik ifrazının azalması, başgicəllənmə) olduqda dərhal həkimə müraciət etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1012

Oxşar yazılar