Hamburger insan ömründən nə qədər “oğurlayır”, bəs qazlı içkilər? - ARAŞDIRMA
18 oktyabr 2025 18:11 (UTC +04:00)

Hamburger insan ömründən nə qədər “oğurlayır”, bəs qazlı içkilər? - ARAŞDIRMA

0

Əksəriyyətimiz bilirik ki, hot-doq, qazlı və ya şəkərli içkilər sağlamlığa faydalı deyil. Amma hər şey düşündüyümüzdən də pisdir: alimlər hesablayıblar ki, bir hot-doq insan ömrünü təxminən 36 dəqiqə azaldır.

Lent.az hamburger və qazlı içkilərin zərəri ilə bağlı araşdırmanı təqdim edir:

Hot-doq

Bu “qara siyahının” başında hot-doqlar dayanır iki əsas inqrediyentdən ibarət olan, tez hazırlanan fast-fud qəlyanaltısı. Alimlərin yazdığına görə, bir hot-doq yemək insan ömrünü 36 dəqiqə azaldır.

Bekon

Qızardılmış, xırtıldayan bekon sevənlər də düşünməlidirlər. Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Agentlik (IARC) bekon istehlakını məhdudlaşdırmağı tövsiyə edir. Xüsusilə də fabrik istehsalı olan, emal edilmiş növlər sağlamlıq üçün risklidir.

Hamburger və çizburger

Tədqiqatlara əsasən, hər bir ikiqat çizburger insan ömrünü 9 dəqiqə azaldır. Qızardılmış mal ətindən hazırlanmış bu sendviç illərlə sağlam qidalanma ilə ziddiyyət təşkil edib. Bunun əsas səbəbi yüksək yağ və duz miqdarıdır. Restoranlarda satılan variantlar çox kalorilidir (225–300 kkal) və doyurucu görünsə də, demək olar ki, heç bir qida dəyəri daşımır.

Qazlı, şəkərli içkilər

Qazlı içkilərin mütəmadi qəbulu insan ömrünü orta hesabla 12 dəqiqə qısaldır. Onların tərkibində çoxlu miqdarda şəkər, konservant və qaz olduğu üçün piylənmə, ürək-damar və həzm sistemi xəstəlikləri, şəkərli diabet və diş çürüməsi riskini artırır. Buraya kola, enerji içkiləri, toniklər və portağallı qazlı içkilər daxildir.

Şirin və duzlu qəlyanaltılar

Bu məhsulların hamısında çoxlu miqdarda qaldırıcı maddələr, yağlar, dad gücləndiricilər və aromatizatorlar olur. Alimlər onları menyudan tamamilə çıxarmağı məsləhət görürlər. Eyni zamanda, supermarketdə bişirilən çörəklərdən də uzaq durmaq lazımdır.

Ömrü uzadan qidalar hansılardır?

Araşdırma göstərib ki, bəzi məhsullar əksinə, insan ömrünü bir neçə dəqiqə və ya hətta saat uzada bilər:

Sobada bişmiş qızılbalıq (losos): +13,5 dəqiqə

Banan: +13,5 dəqiqə

Pomidor: +3,8 dəqiqə

Avokado: +1,5 dəqiqə

Xiyar: +10 dəqiqə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar