Hazırda havada toz müşahidə olunur
04 aprel 2024 09:38 (UTC +04:00)

Hazırda havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

ETSN-dən Lent.az-a verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

# 2637
avatar

Arzu Qurbanlı

Oxşar yazılar