Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma
17 sentyabr 2026 07:13 (UTC +04:00)

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

0

Yaşlandıqca immun sisteminin zəifləməsinin səbəbi ilə bağlı Cənubi Kaliforniya Universitetinin alimləri maraqlı nəticəyə gəlib.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, immun sistemindəki makrofaq hüceyrələrinin qocalması orqanizmin müxtəlif toxumalarında fərqli şəkildə baş verir.

Yaşlı makrofaqlar daha çox hüceyrə stressi və zədələnməyə reaksiya verir, sağlam toxumaların qorunması ilə bağlı funksiyaları isə zəifləyir.

Alimlər hesab edir ki, gələcəkdə immun sistemini qorumaq üçün orqana və insana uyğun fərdiləşdirilmiş müalicələr lazım ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar