Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Əsədov Yalçın Arif oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.