Ucarda avtomobil mopedlə toqquşdu
16 sentyabr 2026 20:35 (UTC +04:00)

Ucarda avtomobil mopedlə toqquşdu

0

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Qaraybəyli kənd sakini, 2006-cı il təvəllüdlü Xəyal Rövşən oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 2009-cu il təvəllüdlü Allahverən Adəm oğlu Cəfərovun idarə etdiyi moped toqquşub.

Nəticədə mopedin sürücüsü A.Cəfərov və sərnişini, 2009-cu il təvəllüdlü Soltan Elşən oğlu Məhəmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar