Hazırda koronavirusa yoluxanlar "Buster" dozanı nə vaxt vurdura bilər?
02 fevral 2022 18:26 (UTC +04:00)

Hazırda koronavirusa yoluxanlar "Buster" dozanı nə vaxt vurdura bilər?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu çoxlarını maraqlandırır. 3-cü dozanı qəbuluna az vaxt qalmış vətəndaş koronavirusa yoluxubsa vaksini nə vaxt vurdura bilər?

Qəbul olunan qərara əsasən, “Buster” doza vaksin vurdurmayan yaşı 18-dən yuxarı olan şəxslər fevral ayının 15-dən şənlik və toy mərasimlərinə, mehmanxanalara, iri ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girişi qadağan olunacaq.

Maraqlıdır bəs, iindi onlar nə qədər gözləyəcək?

Rubrikamızın bu sualını Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev cavablandırıb.

Onun sözlərinə görə,  yoluxan şəxsin 5 aylıq immunitet sertifikatı olur:

“3-cü doza vaksinin vurulmasına 1 ay qalmış virusa yoluxan şəxs immunitet sertifikatı əldə edir. Xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndlənə bilər”.
 

# 2727
avatar

Fidan İlqar

Oxşar yazılar