Yemiş yayda ən çox sevilən meyvələrdən biridir. O, təkcə dadlı deyil, həm də vitaminlərlə zəngindir. Lakin hər qovun faydalı olmur: bəzi meyvələr sağlamlıq üçün təhlükə yarada bilər.
Lent.az bu səbəbləri təqdim edir:
Yemiş almamağa səbəb olan üç əlamət
1. Çatlar və zədələnmiş qabıq
Ən təhlükəli əlamətlərdən biri yemişin səthindəki çatlar və yarıqlardır. Belə mikro zədələrdən meyvənin içinə asanlıqla mikrob, xüsusən də bağırsaq bakteriyaları keçə bilər. Bu isə zəhərlənməyə və ciddi həzm problemlərinə yol aça bilər.
2. Həddindən artıq güclü ətir
Yemişin ətiri onun əsas cəlbedici xüsusiyyətlərindən biridir. Amma çox şirin və fermentasiya olunmuş kimi kəskin qoxu təhlükəli ola bilər. Bu, meyvənin artıq çürüməyə başladığını və tərkibində sağlamlıq üçün zərərli parçalanma məhsulları ola biləcəyini göstərə bilər.
3. Basanda barmaqlar içəri batırsa
Yemişin çox yumşaq və ya “pambıq kimi” toxuması da təhlükə siqnalıdır. Əgər barmağınızla yüngülcə basdıqda qabıq çökür və iz qalırsa – deməli, meyvə xarab olub. Bu, ya düzgün saxlanmadığı, ya da içəridən çürüməyə başladığı anlamına gəlir.
Yemişi haradan almaq daha təhlükəsizdir?
Yemişləri yalnız etibarlı yerlərdən – sertifikatlı bazarlardan və ya supermarketlərdən almaq tövsiyə olunur. Yerdən və ya küçədə əldən satış edən qeyri-qanuni satıcılardan uzaq durun. Belə məhsullar tez-tez sanitar nəzarətdən keçmir. Meyvələrin sənədlərini istəməkdən çəkinməyin – bu, sizin hüququnuzdur.