Həcc ziyarətinin QİYMƏTİ   açıqlandı
10 fevral 2024 20:25 (UTC +04:00)

Həcc ziyarətinin QİYMƏTİ açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

Lent.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Vüsal Cahangiri qeyd edib ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. 

Ziyarət üçün tələb olunan sənədlər aşağıdakılardır:

 1. Ümumvətəndaş pasportu;
 2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
 
QMİ rəsmisi qeyd edib ki, sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

# 17589
avatar

Oxşar yazılar