"Həmin ailələrin uşaqlarını qorumaq və dəstəkləmək əsas şərtdir" - Deputat Nigar Məmmədova
10 aprel 2026 14:14 (UTC +04:00)

"Həmin ailələrin uşaqlarını qorumaq və dəstəkləmək əsas şərtdir" - Deputat Nigar Məmmədova

0

"Təklif olunan qanun layihəsi mina qurbanı olmuş şəxslərin övladları üçün müvafiq güzəştlərin təmin edilməsinə yönəlib".

Lent.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, bu qanun həm sosial siyasət, həm ədalət, həm də ən həssas vəziyyətdə olan insanlara qarşı məsuliyyətin təsdiqidir:

"Minatəmizləmə zamanı həlak olan şəxslərin övladlarının sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsinə münasibət bildirmək istərdim.

Mina təhlükəsi bu gün də ən ağır humanitar problemlərdən biri olaraq qalır. O, nə yaşa, nə də sosial vəziyyətə fərq qoyur. Zərərçəkənlər arasında mülki şəxslər, valideynlər, ailə başçıları var. Nəticədə valideyn itkisi, valideynlərin əlilliyi, həyat səviyyəsinin aşağı düşməsi və gələcək imkanların məhdudlaşması ilə qarşılaşmış uşaqların taleyi ön plana çıxır. Bu uşaqlar öz talelərini seçməyiblər. Lakin onları qorumaq və dəstəkləmək əsas şərtdir.

Təklif olunan qanun layihəsi mina qurbanı olmuş şəxslərin övladları üçün müvafiq güzəştlərin təmin edilməsinə yönəlib. Burada söhbət təhsil, vergi güzəştləri, sosial təminat sahələrində əlavə təminatların yaradılmasından gedir. Sözügedən dəyişikliklər bu ailələr üçün müəyyən vergi və təhsil güzəştlərinin tətbiqini mümkün edir ki, bu da onların maddi vəziyyətinə birbaşa müsbət təsir göstərəcək, təhsilə çıxış imkanlarını genişləndirəcək.

Bu qanun həm sosial siyasət, həm ədalət, həm də ən həssas vəziyyətdə olan insanlara qarşı məsuliyyətin təsdiqidir.

Bununla biz sözügedən uşaqların gələcəyinə sərmayə qoyuruq. Onların layiqli həyat, təhsil almaq, inkişaf etmək və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı qazanmasına dəstək veririk. Təsadüfi deyil ki, bu günlərdə minatəmizləmə zamanı həlak olmuş şəxslərin ailələrinə Prezident təqaüdü də təsis edildi və bu, dövlətin sosial siyasətində insan amilinin prioritet olduğunu bir daha nümayiş etdirir!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar