Həmin təcili yardım maşınları yararsız imiş  - RƏSMİ AÇIQLAMA - VİDEO
29 iyul 2026 17:27 (UTC +04:00)

Həmin təcili yardım maşınları yararsız imiş - RƏSMİ AÇIQLAMA - VİDEO

0

Sosial şəbəkələrdə təcili tibbi yardım maşınlarının Şuşanın dağlıq ərazilərində çəkilmiş görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, kadrlarda sürücülərin xidməti avtomobillərlə yol kənarında dayanıb istirahət etdiyi görünür. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəzi izləyicilər təcili tibbi yardım maşınlarının yalnız çağırışlara xidmət etməli olduğunu bildirərək hadisəyə narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kadrlar 2–3 il əvvəl lentə alınıb və hazırkı vəziyyəti əks etdirmir:

"Sözügedən təcili tibbi yardım avtomobilləri həmin dövrdə Şuşaya göndərilsə də, sonradan texniki nasazlıq səbəbindən istismara yararsız hesab olunub. Bu səbəbdən avtomobillər işlək vəziyyətdə olan digər təcili tibbi yardım avtomobilləri ilə əvəz edilib. Hazırda həmin avtomobillər Sumqayıt mərkəzi qarajında saxlanılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar