Hikmət Hacıyev
22 may 2026 14:47 (UTC +04:00)

Hikmət Hacıyev

Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə TƏŞƏKKÜR ETDİ

0

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə təşəkkür edib. 

Lent.az xəbər verir ki, o, jurnalistlərə WUF13-də gördükləri işlərə görə minnətdarlığını bildirib. 

“Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. Dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı. Həmçinin Azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.

Buna görə hər birinizə təşəkkür edirəm, bilirəm çox ağır və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşamadək intensiv fəaliyyət göstərirdiniz. Sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də WUF13-ə çox böyük maraq var. Sizin hər birinizə, redaksiyalarınıza, fotoqraflara öz təşəkkürümü bildirirəm”, - H. Hacıyev qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar