III ixtisas qrupunda ən az 13 min nəfər kənarda qalacaq   - Keçid balları da artacaq
26 may 2026 14:11 (UTC +04:00)

III ixtisas qrupunda ən az 13 min nəfər kənarda qalacaq - Keçid balları da artacaq

0

Ötən həftənin bazar günü II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi keçirildi. Buraxılış imtahanında sualların çətinlik səviyəssindən narazılıq edən abituriyentlər bu dəfə imtahanın gözlədiklərindən asan keçdiyini bildirdilər.

Bəs görəsən, ümumi vəziyyət necədir? İmtahanda yüksək bal toplayanların sayı qəbul ballarının qalxmasına təsir edəcəkmi? Ümumilikdə bu il ən gərgin ixtisas qrupu hansı olacaq?

Təsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında bildirib ki, keçid ballarında artım gözlənilir:

Əlaqə

Abituriyentlər buraxılış imtahanıyla müqayisədə II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin daha asan olduğunu söyləyirlər. Lakin fənlər üzrə çətinlik səviyyəsinə gəldikdə, II qruplar riyaziyyatın, III qruplar isə ədəbiyyatın bir qədər mürəkkəb olduğunu bildirirlər.

Düşünürəm ki, builki blok imtahanı nəticələri ötənilkindən daha yaxşı olacaq. Təbii ki, blok imtahanı nəticələri nə qədər yaxşı olsa, bu, ümumi ixtisaslar üzrə keçid balları da yüksələcək. Proqnozlarıma görə, blok imtahanında maksimum - 400 bal toplayan abituriyentlər olacaq.

Bu il II ixtisas qrupuna sənəd verən abituriyentlərin sayında iki min nəfərdən çox artım var. Bu isə ixtisaslar üzrə keçid ballarından təsirsiz ötüşməyəcək.

III ixtisas qrupunda azı on üç min namizəd universitetə qəbul ola bilməyəcək

Plan yerlərinin sayından on üç mindən çox abituriyent III ixtisas qrupuna müraciət edib. Bunlar onu deməyə əsas verir ki, hər iki ixtisas qrupunda qəbul ballarında müəyyən qədər dəyişiklik olacaq. Ona görə də abituriyentlər blok ikinci cəhd imtahanında da iştirak etməlidirlər.

İyulun 5-də blok ikinci cəhd imtahanı üzrə II və III, 12 iyulda isə I-IV ixtisas qrupları iştirak edəcək. İyunun 1-i saat 14:00-dan, 8-i 23:59-a kimi qeydiyyat prosesi aparılacaq. Görünən ondan ibarətdir ki, abituriyentlər ikinci cəhdlə bağlı maraqlıdırlar. Ona görə də növbəti imtahanda iştirakçı sayında artım olacağını düşünürəm.

Ümumilikdə, bu il ixtisas qrupları üzrə gərgin müsabiqə vəziyyəti formalaşacaq. Xüsusən I və II ixtisas qruplarında iştirakçı sayının artması ilə bağlı vəziyyət daha da gərginləşəcək. III-IV qruplarda isə mövcud plan yerləri ilə müqayisədə iştirakçı sayının çoxluğu da abituriyentlər arasında rəqabət formalaşdıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar