Arıqlamaq üçün sadə və sürətli bir həll yolu yoxdur. Əgər kimsə bunun əksini iddia edirsə, çox vaxt həmin fikirlər elmi faktlarla təsdiqlənmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, arıqlamaq üçün isti su içmək kimi tövsiyyələrə gəldikdə, faktları uydurmalardan ayırmaq son dərəcə vacibdir.
Həkimlər bildiriblər ki, isti su içməyin arıqlama prosesini gücləndirdiyini göstərən inandırıcı elmi sübut yoxdur və sosial şəbəkələrdə yayılan bir çox uydurma iddia faktlarla təsdiqlənmir.
İnsanlar çox vaxt işləməyən üsullara görə böyük məbləğdə pul xərcləyir və sağlamlıqlarını risk altına qoyurlar.