İstidən bezənlər üçün SƏRİN XƏBƏR:  Bu ölkəyə qar yağdı,  hava çox soyuqdur
05 avqust 2026 23:42 (UTC +04:00)

İstidən bezənlər üçün SƏRİN XƏBƏR: Bu ölkəyə qar yağdı, hava çox soyuqdur

0

Antarktidadan gələn soyuq dalğa Yeni Zelandiyanın Cənub adasını bürüyərək dəniz qara, kəskin soyuqlar və nəqliyyatda fasilələrə səbəb olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qeyri-sabit havadan ən çox zərər çəkən şəhər Cənubi adada ikinci ən böyük şəhər olan Danidin olub. Küçələri qar örtüb və polis sakinləri buzlu yollar səbəbindən bütün vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu səhər bir neçə yol qəzası baş verib, lakin xəsarət alan olmayıb.

Qar yağması səbəbindən şəhərdəki bütün avtobus marşrutları ləğv edilib. Şimal və Cənub adaları arasında bərə xidmətləri də güclü külək və yüksək dalğalar səbəbindən dayandırılıb.

MetService milli hava xidmətinin məlumatına görə, hətta Kraystçerçedəki Nyu-Brayton çimərliyinə də qar yağıb. Dəniz səviyyəsində qar Danidin şəhərində nadir hal hesab olunur, baxmayaraq ki, şiddətli soyuqlar zamanı şəhərin dağlıq ərazilərinə bəzən yağır.

Sinoptiklər soyuq hava şəraitinin ən azı iki gün davam edəcəyi barədə xəbərdarlıq edirlər. Cümə axşamı ölkənin bir çox yerində ilin əvvəlindən bəri ən aşağı temperatur müşahidə oluna bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar