Jurnalist Nailə Əkbərova vəfat etdi
02 yanvar 2026 10:40 (UTC +04:00)

Jurnalist Nailə Əkbərova vəfat etdi

0

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib.

Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.

O, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.

N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar